Tovuzda məktəbdə tüstüdən kütləvi zəhərlənmə olub
- 19.12.2024 12:31
- 82 baxış
Tovuzda orta məktəbdə zəhərlənmə faktı qeydə alınıb.
Hadisə rayonun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində baş verib.
Məktəbin 20-dək şagirdi zəhərlənmə diaqnozu ilə xəstəxanaya aparılıb. İlkin məlumata görə, zəhərlənməyə məktəbin qızdırılmasında istifadə olunan soba səbəb olub. Onların tüstüdən zəhərləndiyi bildirilir.

