Tramp Çində rəsmi səfərdədir
- 13.05.2026 17:12
- 70 baxış
ABŞ Prezidenti Donald Tramp Çinə rəsmi səfər edib.
Edalettv.Az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd edilir ki, bu, son 9 ildə ABŞ liderləri tərəfindən Çinə ilk səfərdir.
Xatırladaq ki, Trampın Pekinə səfəri mayın 11-də elan edilib. ABŞ liderinin səfəri mayın 15-dək davam edəcək.
Rəsmi səfəri zamanı Donald Tramp Çin Sədri Si Cinpinlə ticarət, silahlanma və Yaxın Şərqdəki vəziyyət barədə müzakirələr aparmaq niyyətindədir.
Çində səfərdə olan ABŞ nümayəndə heyətinin tərkibinə ölkənin aparıcı şirkətlərinin 17 rəhbəri, o cümlədən İlon Mask ("Tesla" və "SpaceX"), Tim Kuk ("Apple"), Kelli Ortberq ("Boeing"), Larri Fink ("BlackRock"), "Meta", "Visa", "JP Morgan", "Cargill" şirkətlərinin top-menecerləri daxil olub. Donald Tramp "CNBC"nin "NVIDIA" şirkətinin Tayvan əsilli prezidenti Censen Huanqın danışıqlara dəvət edilməməsi barədə məlumatını təkzib edib. Bu şirkət ABŞ və Çinin çiplər və süni intellect sahəsindəki qarşıdurmasında əsas rol oynayır.

