Tramp İranla bağlı planını açıqladı: "Razılıq əldə olunmasa..."

"ABŞ İranla saziş bağlanmayacağı təqdirdə İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etməyə hazır olacaq".

Edalettv.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində bildirib.

"Mən heç yerə tələsmirəm. Tələsdiyimi demək istərdim, çünki saziş bağlanacağı təqdirdə benzinin qiyməti aşağı düşəcək. Lakin tələssək, yaxşı bir saziş bağlamaq mümkün olmayacaq. Düşünürəm ki, biz ya əla bir saziş bağlayacağıq, ya da bu işi hərbi yolla həll edəcəyik", - deyə Ağ Ev rəhbəri vurğulayıb.

"Yavaş-yavaş, amma əminliklə, məncə, bizə lazım olanı əldə edirik. Əgər buna nail ola bilməsək, onda bu məsələyə başqa üsulla son qoyacağıq", - deyə ABŞ Prezidenti bəyan edib və eyni zamanda sazişə üstünlük verdiyini vurğulayıb.

Digər Xəbərlər