Türkiyə MN: “Biz iki bədəndə bir canıq!” - VİDEO

Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimləri davam edir.

Qeyd edək ki, Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad olunmuş ərazilər də daxil olmaqla ölkəmizin müxtəlif istiqamətlərində keçirilən birgə taktiki təlimə hər iki ölkənin müxtəlif qoşun növündən ümumilikdə 3000-dək şəxsi heyət, 130 ədəd zirehli texnika, 100-dək artilleriya vasitəsi, 20-dən artıq aviasiya və uçuş vasitələri, eləcə də mühəndis texnikası və kiçik botlar cəlb olunub.

Türkiyə Milli Müdafiə Nazirliyinin “X” platformasında “Mustafa Kamal Atatürk - 2023” birgə taktiki təlimləri ilə bağlı paylaşım edilib.

“Biz iki bədəndə bir canıq! Biz ehtiyac yaranan kimi tək yumruq oluruq!

Azərbaycan türkü qardaşlarımızla həyata keçirdiyimiz “Mustafa Kamal Atatürk - 2023” təlimində qəhrəman hərbçilərimiz yenə bizi həddindən artıq qürurlandırdılar. Birliyimiz, varlığımız və gücümüz daimi olsun”, - Türkiyə Milli Müdafiə Nazirliyinin paylaşımında qeyd olunub.


Digər Xəbərlər