Türkiyədə zəlzələ oldu

Türkiyənin Hakkari bölgəsində 4,4 bal gücündə zəlzələ baş verib.

Bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) məlumat verilib.

Məlumata görə, yeraltı təkanlar səhər saatlarında Hakkarinin Yüksekova rayonunda qeydə alınıb.

Bildirilib ki, zəlzələnin ocağı yerin 5,74 kilometr dərinliyində olub.

Digər Xəbərlər