Türkiyədə zəlzələ olub, İstanbulda da hiss olunub
- 03.05.2025 14:20
- 91 baxış
Türkiyədə, episentri Mərmərə dənizində yerləşən ərazidə 3.7 maqnitudalı zəlzələ qeydə alınıb.
Edalettv.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Məlumatda zəlzələ ocağının 18 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Yeraltı təkanlar İstanbulda da hiss olunub.

