Türkiyəli astronavtın olduğu “Dragon” kapsulu BKS-ə qoşuldu
- 20.01.2024 16:37
- 93 baxış
Türkiyənin ilk astronavtı Alper Gezeravcı və üç komanda yoldaşını daşıyan “Dragon” kapsulu Beynəlxalq Kosmik Stansiyaya qoşulub.
Həmin anlar “Axiom Space”in internet saytında canlı yayımlanıb.
Qeyd edək ki, Gezeravcı 14 gün qalacağı BKS-də 13 fərqli elmi təcrübə üzərində çalışacaq. Bu təcrübələr mikroqravitasiya, kosmosda insan sağlamlığı, kosmosda duz gölü bitkisinin tədqiqi və çəkisizlik mühitində bərk-maye qarışıqlarının tədqiqi kimi sahələri ehtiva edir.
“Ax-3” missiyasının digər üzvləri Maykl Lopes-Alegriya, Markus Vandt və Uolter Villadey də bir çox fərqli sahədə elmi araşdırmalar aparacaqlar.
Missiyaları başa çatdıqdan sonra komandanın eyni kosmik gəmi ilə Yerə qayıtması planlaşdırılır.