Usta beşinci mərtəbədən yıxılaraq ölüb
- 11.08.2023 10:23
- 99 baxış
Bakıda beşinci mərtəbədə fasad quran şəxs yıxılaraq ölüb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Qeyd edilib ki, avqustun 10-u saat 17 radələrində paytaxtın Xətai rayonu ərazisində 1996-cı il təvəllüdlü Razi Bayramov doqquzmərtəbəli yaşayış binasının fasadında quraşdırma işləri apararkən, beşinci mərtəbə səviyyəsindən yerə yıxılaraq ölüb.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.