Vətəndaşdan minlərlə manat alan "vəkil" HƏBS EDİLDİ
- 09.05.2026 13:57
- 69 baxış
Özünü vəkil kimi təqdim edib dələduzluq əməlləri törədən şəxs həbs olunub.
Edalettv.Az-ın məlumatına görə, Pirallahı Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə təqsirli bilinən Fuad Əliyev saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, F.Əliyev özünü vəkil kimi təqdim edərək bir nəfəri işlə təmin edəcəyinə dair ona yalan vəd verib. Vətəndaş onun dediklərinə inanaraq F.Əliyevə 6 350 manat verib. Araşdırma zamanı özünü vəkil kimi təqdim edən həmin şəxsin digər hüquqi yardımlar adı altında "xidmətlər" göstərdiyi və insanların etibarından sui-istifadə edərək çoxsaylı dələduzluq əməlləri etdiyi də müəyyən edilib.
F.Əliyevə ittiham elan edilərək o, cinayət məsuliyyətinə cəlb olunub. Məhkəmənin qərarı ilə şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

