Viktor Orban: "Macarıstanın üzləşdiyi istənilən çətinlik zamanı İlham Əliyev həmişə yanımızda olub"

"Biz bu gün Macarıstanın köhnə dostunu görürük. Dost dar gündə tanınar və artıq 20 ildən çoxdur ki, Macarıstanın qarşılaşdığı istənilən sahədə - diplomatiyada, neft-qaz sənayesində və digər istiqamətdə üzləşdiyi istənilən çətinlik zamanı hər zaman Prezident İlham Əliyev bizim yanımızda olmuşdur".

Edalettv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Macarıstanın Baş naziri Viktor Orban Prezident İlham Əliyevlə mətbuata bəyanatında səsləndirib.

Türk Dövlətləri Təşkilatının Zirvə toplantısının tarixdə ilk dəfə olaraq Macarıstanda keçirildyini söyləyən Baş nazir deyib: "Biz bu təşkilata tamhüququlu üzv deyilik, müşahidəçi ölkəyik. Ancaq istənilən şəkildə biz bu gün bu Zirvə Toplantısına ev sahibliyi edirik".

Digər Xəbərlər