Vüqar Qasımovun Uğurları

Vüqar Qasımov – Malibo Yaşayış Kompleksinin rəhbəri, məsuliyyətli idarəçi, peşəkar təşkilatçı və nümunəvi rəhbər kimi tanınır. O, gördüyü işlər, sakinlərə göstərdiyi diqqət və yüksək idarəetmə bacarığı ilə hər zaman hörmət qazanmışdır. Təsadüfi deyil ki, Malibo Yaşayış Kompleksi bu gün səliqə-sahmanı, təhlükəsizliyi və rahatlığı ilə seçilən yaşayış məkanlarından biridir.

Vüqar müəllim öz iş fəaliyyətində dürüstlük, şəffaflıq və insan amilini əsas prinsip kimi qəbul edir. Sakinlərin hər bir müraciətinə həssaslıqla yanaşması, problemlərin vaxtında və yerində həll edilməsi onun rəhbərlik keyfiyyətlərinin bariz göstəricisidir. O, yaşayış kompleksində abadlıq, təmizlik, yaşıllaşdırma və texniki xidmət işlərinin yüksək səviyyədə aparılmasına daim nəzarət edir.

Vüqar Qasımov eyni zamanda sabiq deputat Əsabil Qasımovun qardaşıdır. Bu ailənin dövlətə, xalqa və cəmiyyətə xidmət ənənəsi Vüqar müəllimin fəaliyyətində də açıq-aydın hiss olunur. O, ailəsindən gələn məsuliyyət və ictimai dəyərləri öz işində layiqincə davam etdirir, hər zaman dövlətçiliyə və qanunlara sadiq mövqe sərgiləyir.

Sadə davranışı, təvazökarlığı və insanlara yaxınlığı ilə Vüqar Qasımov həm kollektiv arasında, həm də sakinlər içində böyük nüfuz qazanıb. Onun rəhbərliyi altında Malibo Yaşayış Kompleksi yalnız bir bina deyil, sakinlərin rahatlıqla və əmin-amanlıq içində yaşadığı nümunəvi bir yaşayış mühiti kimi formalaşıb.

Belə rəhbərlər cəmiyyət üçün örnəkdir. Vüqar Qasımov öz əməli fəaliyyəti ilə bu etimadı doğruldan, adını zəhməti və dürüstlüyü ilə qazanan dəyərli insanlardan biri


Hazırladı Mehbarə Xanım

Digər Xəbərlər