Xankəndi artıq “Azercell”in əhatə dairəsində!

Ağdərə və Xocalıdan sonra Xankəndi şəhəri də “Azercell” şəbəkəsinə qoşulub.

Bu barədə işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quran “Azercell Telekom” MMC-dən bildirilib.

Xatırladaq ki, hazırda Qarabağda “Azercell”in 100-dən çox LTE texnologiya əsaslı baza stansiyası fəaliyyət göstərir. Mobil operator Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcər rayonlarını, İstisu, Hadrut, Suqovuşan qəsəbələrini, həmçinin Xocavənd və digər rayonların kəndlərini öz şəbəkəsi ilə əhatə edir. Laçın rayonunda lider mobil operator 15-dən çox baza stansiyası quraşdırıb.

“Azercell” bütün ölkə ərazisi ilə yanaşı, işğaldan azad olunmuş torpaqlarda da yeni nəsil şəbəkənin genişləndirilməsi və bu ərazilərə qayıdacaq əhalinin qabaqcıl kommunikasiya xidmətləri ilə təmin edilməsi istiqamətdə işlərini davam etdirir.

Digər Xəbərlər