Xankəndidə 23 nəfər işlə təmin olundu
- 30.01.2024 14:33
- 104 baxış
“Xankəndi şəhərində sahibkarlığın inkişafı ilə bağlı biz sahibkarlıq subyektlərinə müraciət etmişdik”.
Axar.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il ərzində fəaliyyətinə və qarşıda duran vəzifələrə dair mətbuat konfransında xidmət rəisi Mətin Eynullayev deyib.
O bildirib ki, bu günə qədər ümumilikdə 107 mülki və fiziki şəxsin müraciəti daxil olub.
“Xankəndidə iki yanacaqdoldurma məntəqəsi fəaliyyətə başlayıb. Mobil-operator və çörəkbişirmə sexi artıq fəaliyyət göstərir. Həmin obyektlərdə 23 nəfər işlə təmin olunub. Onlardan 5-i (22%-i) məcburi köçkündür”, - deyə xidmət rəisi qeyd edib.