Xankəndidə “Qarabağ” - MOİK oyunu bir qolla başa çatdı

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin dekabrın 21-i Xankəndi şəhər stadionunda keçirilən “Qarabağ” - MOİK matçı başa çatıb.

GundelikXeber.Az-ın məlumatına görə, oyun “Qarabağ” komandasının 1:0 hesablı qələbəsi ilə bitib.

Oyunda xeyli qol vəziyyəti yaransa da, yalnız 90+3-cü dəqiqədə “Qarabağ” klubunun futbolçusu Nəriman Axundzadə qol vurmağa nail olub. 

Bununla da Ağdamın “Qarabağ” komandası Azərbaycan Kubokunun 1/4 finalına vəsiqə qazanıb.

Digər Xəbərlər