Xəzər rayonu Binə Bələdiyyəsinin sədri Habil Həmidov - Xalqın xidmətində olan ləyaqətli rəhbər
- 08.08.2025 00:33
- 2632 baxış
Xalqın etimadını qazanmaq hər kəsə nəsib olmur. Bu etimadı qazanmaq üçün sadəcə vəzifə sahibi olmaq kifayət deyil – xalqa, torpağa, Vətənə sevgi, dürüstlük, əzm, fədakarlıq və dərin məsuliyyət hissi gərəkdir. Xəzər rayonu Binə Bələdiyyəsinin sədri Habil Həmidov bu keyfiyyətlərin hamısını özündə birləşdirən, daim fəaliyyəti ilə fərqlənən vətəndaşlara bağlı rəhbərdir.
Onun rəhbərliyi dövründə Binə qəsəbəsində aparılan genişmiqyaslı abadlıq, yenidənqurma və yaşıllaşdırma işləri bu gün göz önündədir. Habil Həmidov təkcə idarəedici deyil, həm də şəxsən bu proseslərdə iştirak edən, örnək göstərən bir şəxsiyyətdir. Onun təşəbbüsü və nəzarəti ilə yüzlərlə ağac əkilmiş, yeni park və istirahət guşələri salınmış, qəsəbə sakinləri üçün müasir, təmiz və estetik baxımdan zəngin ərazilər yaradılmışdır.
Ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpası, insanlara sağlam yaşam mühitinin təmin edilməsi Habil müəllimin fəaliyyətinin əsas istiqamətlərindəndir. O, sadəcə görüntü üçün deyil, gələcək nəsillər üçün dəyərli irs buraxmaq üçün çalışır. Onun rəhbərliyi ilə Binə qəsəbəsi bu gün Xəzər rayonunun nümunəvi yaşayış məntəqələrindən birinə çevrilmişdir.
Eyni zamanda, Habil Həmidovun xalqla birbaşa ünsiyyəti, daim insanların yanında olması, onların dərdini öz dərdi bilməsi onu digərlərindən fərqləndirir. Şəhid ailələrinə, qazilərə, ahıllara və sosial qayğıya ehtiyacı olan ailələrə göstərdiyi diqqət və həssas yanaşma onu təkcə rəhbər deyil, əsl ziyalı və vətəndaş rəhbər kimi tanıdır.
Bu gün Binədə atılan hər müsbət addımda, görülən hər işdə, yaradılan hər gözəllikdə Habil Həmidovun zəhməti, imzası və ürək qoyduğu fədakarlıq var. Onun kimi rəhbərlər ölkəmizin sosial və ekoloji inkişafında mühüm rol oynayır, dövlət siyasətinə layiqli dəstək verirlər.
Belə fədakar, vicdanlı və uzaqgörən rəhbərlərə daim ehtiyac var!

