Xudafərin körpüsünün işğaldan azad edilməsindən 5 il ötür
- 18.10.2025 08:09
- 100 baxış
2020-ci il oktyabrın 18-də Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yeni tarix yazır.
Edalettv.Az xatırladır ki, Prezident İlham Əliyev xalqımıza növbəti qələbə müjdəsini verir, 1993-cü ildə ermənilər tərəfindən işğal olunmuş Xudafərinin azad olunduğunu bildirir:
"Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!"
Beləliklə, 2020-ci il oktyabrın 18-i tariximizə daha bir şanlı gün kimi yazılır.

