Xudayar Rəhimovun Nümunəvi Rəhbərliyi

Xudayar Rəhimov Cəlilabad rayon 46 saylı Yol İstismarı İdarəsinin direktoru kimi üzərinə düşən vəzifə və məsuliyyəti yüksək səviyyədə yerinə yetirən, işini ləyaqətlə görən vicdanlı rəhbərlərdən biridir. O, rəhbərlik etdiyi idarədə nizam-intizamın, işgüzar mühitin və peşəkarlığın qorunmasına xüsusi önəm verir.

Xudayar müəllim yol təsərrüfatının inkişafı, yolların təmiri və istismarı sahəsində aparılan işlərin vaxtında və keyfiyyətlə icrasını daim diqqətdə saxlayır. Onun rəhbərliyi altında görülən işlər rayon sakinlərinin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına, infrastrukturun daha da yaxşılaşdırılmasına mühüm töhfə verir.

O, hər zaman dövlətçilik prinsiplərinə sadiq qalaraq ölkə rəhbərliyinin həyata keçirdiyi siyasəti dəstəkləyir, xüsusilə də möhtərəm Prezident cənab İlham Əliyevin tapşırıq və göstərişlərinin icrasına böyük məsuliyyətlə yanaşır. Dövlətə, xalqa və Prezidentə olan sədaqəti Xudayar Rəhimovun fəaliyyətində açıq şəkildə öz əksini tapır.

Vicdanlı mövqeyi, ədalətli idarəçiliyi və kollektivə olan diqqəti onu həm əməkdaşları, həm də ictimaiyyət arasında hörmətli bir rəhbər kimi tanıdır. Belə rəhbərlər dövlətimizin inkişafına, bölgələrin abadlaşmasına və xalqın rifahının yüksəlməsinə dəyərli töhfələr verirlər.

Xudayar Rəhimov məhz gördüyü işlərlə öz sözünü deyən, etibarlı və nümunəvi dövlət rəhbərlərindən biridir.


Hazırladı R.Əliyev

Digər Xəbərlər