Yetkinlik yaşına çatmayanlara siqaret satan üç mağaza sahibi cərimələndi
- 28.04.2024 13:24
- 97 baxış
Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Həmin obyektlərin sahibləri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Bildirilib ki, bu istiqamətdə tədbirlər davam etdirilir.