Zelenski "F-16" qırıcılarının ilk partiyasının Ukraynaya gəlişini təsdiqləyib

Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin xarici tərəfdaşlardan "F-16" qırıcılarının ilk partiyasını aldığını təsdiqləyib.

Edalettv.Az xəbər verir ki, dövlət başçısı "Telegram" kanalında müvafiq məzmunlu yazı paylaşıb.

"F-16"lar Ukraynadadır. Biz bunu təmin etdik", - siyasətçi yazıb.

O əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçiləri artıq ABŞ-nin bu qırıcılardan istifadə etməyə başlayıblar. Bununla belə, prezident Qərb ölkələrinin Kiyevə neçə ədəd texnika verdiyini dəqiqləşdirməyib.

Dövlət başçısı yazısını video ilə tamamlayıb.

Digər Xəbərlər