Zəngəzur dəhlizinin xəritəsi hazırlanıb
- 14.10.2025 20:36
- 99 baxış
"Azərbaycan Kartoqrafları" İctimai Birliyi Zəngəzur dəhlizinin xəritəsini hazırlayıb. Xəritənin altlığı yüksəkkeyfiyyətli kosmik şəkillər əsasında tərtib edilib.
Bu barədə "Azərbaycan Kartoqrafları" İctimai Birliyinin sədri Müqabil Bayramov açıqlama verib.
O deyib ki, xəritədə Azərbaycan, Ermənistan, İrandan müvafiq hissələr - yaşayış məntəqələri, yollar, çaylar, dağlar qeyd edilib.
Xəritədə, həmçinin Araz dəhlizi öz əksini tapıb. Kartoqrafik əsər Azərbaycan və ingilis dillərində hazırlanıb.

