Məhəmməd Əsədov Xalqın sevimlisi İcra Nümayəndəsi
- 27.01.2026 12:17
- 2608 baxış
Sabunçu rayonu, Bakıxanov qəsəbəsi üzrə icra nümayəndəsi vəzifəsinə təyin olunması münasibətilə hörmətli Məhəmməd Əsədovu öz adımdan və kollektivim adından ürəkdən təbrik edirəm.
Məhəmməd müəllimə Uca Allahdan möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və üzərinə düşən bu şərəfli və məsuliyyətli vəzifədə böyük uğurlar arzulayıram. Onun dövlətimizə və xalqımıza sədaqətli xidmət yolu, vətənpərvər mövqeyi, işgüzarlığı və yüksək məsuliyyət hissi hər zaman nümunə olmuşdur. Məhəmməd müəllim daim dövlətimizin yanında olan, sakinlərin problemlərinə həssaslıqla yanaşan, ictimai rifahın yüksəldilməsi üçün yorulmadan çalışan və öz işinə vicdanla yanaşan dəyərli rəhbər kimi tanınır.
Əminik ki, Məhəmməd müəllim Bakıxanov qəsəbəsində sosial-iqtisadi inkişafın sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin genişləndirilməsi, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm və uğurlu layihələr həyata keçirəcəkdir. Onun rəhbərliyi altında dövlət-vətəndaş münasibətləri daha da möhkəmlənəcək, sakinlərin müraciət və problemlərinə operativ və ədalətli yanaşma davam edəcəkdir.
Məhəmməd müəllim yalnız bir icra nümayəndəsi deyil, eyni zamanda dövlətinə sədaqətlə xidmət edən, xalqının yanında olan, dürüstlüyü, prinsipiallığı və humanistliyi ilə seçilən dəyərli bir ziyalıdır. Onun fəaliyyəti gənclər üçün örnək, cəmiyyət üçün isə etibar mənbəyidir. Biz inanırıq ki, bu məsul vəzifədə də öz zəhməti, biliyi və təşkilatçılıq qabiliyyəti ilə böyük uğurlara imza atacaqdır.
Bir daha Məhəmməd Əsədovu bu əlamətdar təyinat münasibətilə səmimi-qəlbdən təbrik edir, Uca Allahdan ona güc, qüvvət, səbr və daim uğurlar nəsib etməsini arzulayırıq. Qoy hər zaman dövlətimizin, xalqımızın və Bakıxanov sakinlərinin yanında olsun, fəaliyyəti daim xeyirli və bərəkətli olsun.

